Xəzər Xəbər

Aİ-də minimum əməkhaqqı tətbiq edilə bilər

İqtisadiyyat | 17:55 • 16 Sentyabr 2020
Aİ-də minimum əməkhaqqı tətbiq edilə bilər

"Koronavirus pandemiyasının yaratdığı böhran fonunda 2020-ci ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrinin ÜDM-indəki ümumi azalma illik müqayisədə 12% təşkil edib”.


TASS xəbər verir ki, bunu çərşənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin iclasında Avropa İttifaqındakı işlərin vəziyyətinə dair illik çıxışı zamanı deyib.


Onun sözlərinə görə, böhran həm də Aİ-də minimum əməkhaqqının tətbiq edilməsinin zəruri olduğunu göstərib: "Çünki Avropada bir çoxlarının yaşayış üçün kifayət qədər imkanı yoxdur”./report

Xəbər lenti