Xəzər Xəbər

Azərbaycandakı neft şirkətlərinin ötənilki ƏDV ödənişi 294,6 milyon manat olub

İqtisadiyyat | 16:21 • 16 May 2020
Azərbaycandakı neft şirkətlərinin ötənilki ƏDV ödənişi 294,6 milyon manat olub

Keçən ilin dövlət büdcəsində əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 194 milyon manat proqnoza qarşı 5 milyard 185,1 milyon manat və ya 123,6 faiz icra olunub, bu da 2018-ci illə müqayisədə 897,5 milyon manat və ya 20,9 faiz çoxdur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda deyilir. Bildirilir ki, ƏDV üzrə daxil olan vəsaitin 94,3 faizi və ya 4 milyard 890,5 milyon manatı qeyri-neft sektorunun, 5,7 faizi və ya 294,6 milyon manatı neft sektorunun payına düşüb. Qeyri-neft sektoru üzrə ƏDV-nin artımının əsas səbəbi bu sektor üzrə ÜDM-in artımı, habelə aparılan əməkhaqqı islahatlarının istehlaka təsiri ilə bağlı olub.

Xəbər lenti