Xəzər Xəbər

Koronavirus bu tarixdə YOX OLACAQ Bill Qeyts açıqladı

İqtisadiyyat | 10:19 • 11 Aprel 2020
Koronavirus bu tarixdə YOX OLACAQ

"Microsoft” şirkətinin təsisçisi, amerikalı milyarder Bill Qeyts dünyanın yayın əvvəlində koronavirusun pandemiyasından sonra normal həyata dönməyə başlayacağını bildirib.

Biznesmen CNBC-yə müsahibəsində bildirib ki,yay və payızda insanlar istehsal, tikinti və təhsillə tam şəkildə məşğul olacaqlar.

Lakin Qeyts qeyd edib ki, dünyaəvvəlki vəziyyətinə birdən-birə qayıtmayacaq.

"Heç kəs düşünməməlidir ki, hökumət sehirli çubuğu fırladacaq və iqtisadiyyat birdən-birə pandemiyadan öncəki kimi olacaq”, - deyə "Microsoft”un təsisçisi vurğulayıb.

Qeyts hazırda onun fondunun peyvənd üzərində çalışdığını bildirib və əlavə edib ki, o, 18 aya hazır ola bilər:

"Bu, ya 95 faiz effektiv olan terapevtik vasitə, ya da geniş yayılmış preparat ola bilər”, - deyə milyarder aydınlıq gətirib./oxu.az

Xəbər lenti