Xəzər Xəbər

Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı 3,8 dəfə, pambıq ixracı 8,6 dəfə artıb

İqtisadiyyat | 12:02 • 27 Sentyabr 2018
Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı 3,8 dəfə, pambıq ixracı 8,6 dəfə artıb

2017-ci ildə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı 3,8 dəfə, pambıq ixracı isə 8,6 dəfə artıb. Bu göstəricilər aqrar sahədə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu faktları Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sentyabrın 27-də doqquzuncu Azərbaycan-Rusiya regionlararası Forumu çərçivəsində keçirilən "Aqrar sahədə əməkdaşlığın inkişafı" mövzusuna həsr edilmiş "dəyirmi masa"da deyib.


O qeyd edib ki, Azərbaycanla Rusiyanı çoxillik dostluq və strateji müttəfiqlik münasibətləri birləşdirir. "Ölkələrimiz arasında aqrar sahədə də əməkdaşlıq ilbəil genişlənir. Bizi bütün sahələrdə, o cümlədən aqrar sektorda qarşılıqlı maraqlar birləşdirir. Biz Rusiya ilə birgə layihələrin reallaşdırılmasında, innovasiyaların tətbiqində maraqlıyıq”, - deyə İlham Quliyev bildirib.

Xəbər lenti

Çox oxunanlar