Xəzər Xəbər

Səudiyyə Ərəbistanı neftdən imtina edir

İqtisadiyyat | 10:12 • 24 Yanvar 2018
Səudiyyə Ərəbistanı neftdən imtina edir

Səudiyyə Ərəbistanı post-neft erasına daxil olur və ümid edir ki, tikilən "gələcəyin meqapolisləri” ölkə iqtisadiyyatının şaxələndirilməsi və inkişafını təmin edəcək.

Bunu Davos Forumunda çıxışı zamanı King Abdullah Economic City (KAEC, Kral Abdullanın iqtisadi şəhəri) layihəsinin direktoru Fəhd əl-Rəşid bildirib.

"Biz limanların inkişafı, əyləncə, həmçinin tikinti sahələrinin inkişafına ümid edirik. Biz əminik ki, doğru istiqamətdə hərəkət edirik”, - deyə direktoru Fəhd əl-Rəşid bildirib.

KAEC meqapolisi Səudiyyə Ərəbistanı ilə dünya arasında ticarət dövriyyəsinin artmasına yardım edəcək. Şəhərin əsası 2006-cı ildə qoyulub. Şəhər Ciddədən 100 kilometr aralıda yerləşir. Layihənin dəyəri 100 milyard dollarıdır.

Ər-Riyad hesab edir ki, Qırmızı dənizə yaxın olan region dünya iqtisadiyyatının artmasında mühüm rol oynaya bilər.

Xəbər lenti

Çox oxunanlar