Xəzər Xəbər

Əhalinin banklarda 7 milyarda yaxın pulu var

İqtisadiyyat | 14:47 • 7 Sentyabr 2017
Əhalinin banklarda 7 milyarda yaxın pulu var

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri 29 mlrd. 708,5 mln. manat, cəmi öhdəlikləri 26 mlrd. 872 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından XəzərXəbər-ə verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 836,5 milyon manatdır. Əhalinin əmanətləri 6 mlrd. 834,1 mln. manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2505-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16123 nəfər təşkil edir.

İyun ayı ilə müqayisədə iyulda bankların AMB qarşısında öhdəliyi 30,5 mln. manat və ya 4,71% azalaraq 616,9 mln. manat təşkil edib.

Xəbər lenti

Çox oxunanlar