Xəzər Xəbər

Rodriqo Mbappe haqqında: "Real"da hər kəs istəyirdi...

İdman | 17:18 • 25 May 2022
Rodriqo Mbappe haqqında: "Real"da hər kəs istəyirdi...

"Real"in braziliyalı hücumçusu Rodriqo Killian Mbappenin Madrid klubuna transferinin baş tutmaması ilə bağlı fikirlərini bildirib.

Futbolçu uğursuz transferə görə təəssüfünü gizlətməyib.

 

"Marca" Rodriqonun fikirlərindən belə sitat gətirib: “Real Madrid"də hamı bu transferin baş tutmasını istəyirdi. Təəssüf ki, alınmadı. Ancaq indi Çempionlar Liqasının finalı daha vacibdir".

Qeyd edək ki, Mbappe "Real"a keçməkdən imtina edərək PSJ ilə yeni müqavilə bağlayıb. Ulduz hücumçunun Fransa klubu ilə yeni müqaviləsi 2025-ci ilin iyun ayına kimi nəzərdə tutulub./fanat.az

Xəbər lenti