Xəzər Xəbər

La Liqa: "Barselona" yenə uduzdu, "Real" xal itirdi

İdman | 09:46 • 28 Oktyabr 2021
La Liqa: "Barselona" yenə uduzdu, "Real" xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 11-ci turun oyunları keçirilir. 

XəzərXəbər xəbər verir ki, ikinci oyun günündə dörd görüş keçiriləcək.
 
"Real Betis" öz meydanında "Valensiya"nı darmadağın edib.

 "Malyorka" "Sevilya" ilə qollu bərabərliyə razılaşıb.

Bu mövsüm özünə bənzəməyən "Barselona" səfərdə "Rayo Valyekano"ya uduzub. Kataloniya təmsilçisinin qapısına vurulan yeganə qola sabiq "Qalatasaray"lı Radamel Falkao imza atıb. Qonaqların niderlandlı hücumçusu Memfis Depay 72-ci dəqiqədə penaltini boşa verib. 

Lider "Real Madrid" isə öz meydanında  "Osasuna"nın müqavimətini qıra bilməyib.
 
İspaniya La Liqası
10-cu tur

27 oktyabr

Betis - Valensiya 4:1
Qollar:
 İqlesias, 14-pen.; 30. Fekir, 61.Xuanmi, 68 - Paulista, 39

Malyorka - Sevilya 1:1
Qollar: 
Sançes, 22 - Lamela, 73.

Rayo Valyekano - Barselona 1:0
Qol: 
Falkao, 30.

Real – Osasuna 0:0


26 oktyabr
 
Alaves – Elçe 1:0
Qol:
 Ndiaye, 47.
 
Espanyol – Atletik 1:1
Qol:
 De Tomas, 33-pen. – Uilyams, 52.
 
Vilyarreal – Kadis 3:3
Qollar:
 P.Torres, 43. Dia, 80. Danjuma, 90+5 – Lozano, 14; 45+1; 52.
 
28 oktyabr
 
21:00 Selta – Real Sosyedad
22:00 Qranada – Xetafe
23:30 Levante – Atletiko

Xəbər lenti