Xəzər Xəbər

“Real”ın ulduzu 3 klubun hədəfində - Özü də ayrılmaq istəyir

İdman | 13:25 • 23 Sentyabr 2021
“Real”ın ulduzu 3 klubun hədəfində - Özü də ayrılmaq istəyir

“Real”ın futbolçusu Marko Asensio  bir neçə klubunun maraq dairəsindədir.

25 yaşlı yarımmüdafiəçi ilə maraqlanan 3 klubun adı bəllidir. Bunlar “Liverpul”, “Milan” və “Yuventus”dur.

Asensio az oyun keçirməsindən narazıdır. Bu səbəbdən klubların təklifini nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Asensionun “Real”la müqaviləsi 2023-cü ilin yayında bitəcək./Offsideplus.az

Xəbər lenti