Xəzər Xəbər

Transfer şayələri: "Şerif"in futbolçularına "elçi"lər var

İdman | 16:03 • 18 Sentyabr 2021
Transfer şayələri: "Şerif"in futbolçularına "elçi"lər var

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Calciomercato" nəşri: "Yuventus" yanvar ayında "Arsenal"ın hücumçusu Aleksandr Lakazeti (Alexandr Lacazette) transfer etməyi düşünür.

"Bild" nəşri: "Bayern Münhen" "RB Salzburq"dan Kərim Adeymini (Karim Adeimi) heyətinə cəlb etmək niyyətindədir.

"Football İnsider" portalı: "Everton" qış "transfer pəncərəsi"ndə güclü müdafiəçi ilə müqavilə bağlamağı hədəfləyir. Müdafiəçilər siyahısına adı hələlik məlum olmayan bir neçə futbolçu da daxıldir. 

"Todofijaches" nəşri: "Atletiko Madrid" "Şerif"in Çempionlar Liqasındakı uğurlu oyunundan sonra diqqətini müdafiəçi Kristianoya yönəldib./fanat.az

Xəbər lenti