Xəzər Xəbər

Mariya Stadnik Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib

Mariya Stadnik finala gedən yolda yaponiyalı Yui Susaki ilə qarşılaşacaq
İdman | 09:34 • 6 Avqust 2021
Mariya Stadnik Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib.

Xezerxeber.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir final mərhələsində Tunis təmsilçisi Sarra Hamdini məğlub edib - 10:0.

Təmsilçimiz startda rusiyalı güləşçi Stalvira Orşuşdan üstün olub. 

Mariya Stadnik finala gedən yolda yaponiyalı Yui Susaki ilə qarşılaşacaq.

Xatırladaq ki, ölkəmizin aktivinə Tokio Olimpiadasında üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.

Xəbər lenti