Xəzər Xəbər

İrael Adesanya UFC çempionu titulunu qoruyub

İdman | 11:06 • 13 İyun 2021
İrael Adesanya UFC çempionu titulunu qoruyub

Nigeriyalı qarışıq döyüş üzrə idmançı (MMA) İsrael Adesanya İtaliya Marvin Vettorini məğlub edib. Bununla da İ.Adesanya Mütləq Döyüş Çempionatının (UFC) orta çəkisində (83.9 kq-a qədər) çempionu adını qoruyub.

UFC turniri ABŞ-ın Qlendeyl şəhərində (Arizona ştatı) keçirilib.

Beləliklə, İ.Adesanya 2019-cu ilin oktyabrından bəri sahib olduğu çempionluq kəmərini üçüncü dəfə qoruyub.

Xəbər lenti