Xəzər Xəbər

“Barselona” Superliqada qalır RƏSMİ

İdman | 10:47 • 23 Aprel 2021
“Barselona” Superliqada qalır
İspaniyanın "Barselona” klubu Superliqada qaldığını təsdiq edən bəyanat yayıb.
 
Klubun direktorlar şurasının yaydığı sənəddə bildirilir ki, "Barselona” ​əksər böyük Avropa futbol klublarının struktur islahatlarına ehtiyacın olduğu barədə fikirlərini bölüşür. Məhz bu səbəbdən futbolsevərlərə təklif edilən, futbolun keyfiyyətini və cazibəsini artırmaq üçün hazırlanmış bir turnir olan Super Liqanın təsisçi üzvü olmaq təklifini qəbul edib.
 
Bəyanatda təsisçilərdən biri olaraq, bu layihənin tərkib hissəsi olmaq fürsətindən imtina etmənin tarixi bir səhv olacağı bildirilib və klubun Superliqadan ayrılmamaq qərarı təsdiq olunub.

Xəbər lenti