Xəzər Xəbər

Ronaldonun yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarıldı

İdman | 17:44 • 30 Mart 2021
Ronaldonun yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarıldı

Kriştianu Ronaldonun DÇ-2022-nin seçmə oyununda yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarılıb.

Portuqaliya millisinin ulduz futbolçusu kapitanlıq sarğısını Serbiyaya qarşı oyunda yerə atmışdı.

Qeyd edək ki, hərracdan əldə olunan qazanc xeyriyyə məqsədinə sərf olunacaq.

Serbiya və Portuqaliya yığmalarının qarşılaşması zamanı Ronaldo topu rəqib komandanın qapısından keçirsə də, qol qeydə alınmamışdı. Ulduz futbolçu oyundan sonra kapitan sarğısını meydana çırpmışdı.

Xəbər lenti