Xəzər Xəbər

Azərbaycan gimnastları dünya kuboku yarışlarında iştirak edəcəklər

İdman | 09:42 • 24 Mart 2021
Azərbaycan gimnastları dünya kuboku yarışlarında iştirak edəcəklər

Martın 26-28-də Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Beynəlxalq Gimnastika Federasiyasının məlumatına görə, turnirdə Azərbaycan gimnastları da birincilik uğrunda mübarizə aparacaqlar.

Fərdi yarışlarda ölkəmizi Nərminə Səmədova və Arzu Cəlilova təmsil edəcəklər.

Turnirdə həmçinin, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da gücünü nümayiş etdirəcək.

Xəbər lenti