Xəzər Xəbər

Superliqa klubunda mövsüm ərzində 5-ci baş məşqçi

İdman | 18:35 • 23 Mart 2021
Superliqa klubunda mövsüm ərzində 5-ci baş məşqçi

Türkiyənin "Erzurumspor" komandasının yeni baş məşqçisi açıqlanıb.

XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi İsmail Kartala tapşırılıb.

60 yaşlı mütəxəssis bu vəzifədə Mesut Bakkalı əvəzləyib.

Kartal "Erzurumspor"un cari mövsümdə 5-ci baş məşqçisidir. Komandaya mövsümün əvvəlində Mehmet Altıparmak rəhbərlik edib. Onun istefasından sonra Mehmet Özdileklə müqavilə imzalanıb. Dekabrın əvvəlində isə Özdileki Hüseyin Çimşir əvəzləmişdi.

Qeyd edək ki, "Erzurumspor" yarış cədvəlində 27 xalla 19-cu sırada yer alıb.

Xəbər lenti