Xəzər Xəbər

Portuqaliya millisinin baş məşqçisi: Favorit olduğumuzu bilirik

Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
İdman | 16:56 • 23 Mart 2021
Portuqaliya millisinin baş məşqçisi: Favorit olduğumuzu bilirik

"Mən xəyallarla yaşamıram. Nəyisə arzu etmək önəmlidir, amma ən əsası inanmaqdır. Xəyal qura bilərik, sonra oyanırıq və hər şey böyük kabusa çevrilər".

Bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığması ilə oyun öncəsi mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, onlar üçün hər görüş final xarakteri daşıyır: "Sabahkı oyunda favorit olduğumuzu bilirik. Amma rəqibə hörmətlə yanaşmasaq və meydanda əlavə üstünlüyümüzdən istifadə etməsək, böyük problemlərimiz ola bilər. Oyunlar meydanda qazanılır".

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək./report

Xəbər lenti