Xəzər Xəbər

İngiltərə Premyer Liqasında ən yaxşı məşqçi

İdman | 09:17 • 13 Mart 2021
İngiltərə Premyer Liqasında ən yaxşı məşqçi

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisinin adı açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu mükafata “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola layiq görülüb.

O, ardıcıl ikinci dəfə ən yaxşı seçilib. 50 yaşlı mütəxəssis səsvermədə Nunu Eşpiritu Santu ("Vulverhempton"), Skott Parker ("Fulhem") və Tomas Tuheli ("Çelsi") qabaqlayıb.

Qeyd edək ki, Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" ötən ay ölkə çempionatında 6 matça çıxıb və hamısında qələbə qazanıb.

Xəbər lenti

Çox oxunanlar