Xəzər Xəbər

Löv Almaniya yığmasından ayrılmağa qərar verdi RƏSMİ

Löv Avropa çempionatından sonra Almaniya milli komandasının baş məşqçi postunu tərk edəcək.
İdman | 15:21 • 9 Mart 2021
Löv Almaniya yığmasından ayrılmağa qərar verdi

Yoahim Löv futbol üzrə Avropa çempionatından sonra Almaniya milli komandasının baş məşqçi postunu tərk edəcək.

Almaniya Futbol İttifaqının rəsmi saytının məlumatına görə, 61 yaşlı mütəxəssis 2022-ci il dünya çempionatınadək olan müqaviləsinin AVRO-2020-dən sonra pozulmasını xahiş edib. DFB isə bu müraciəti müsbət cavablandırıb.

Qeyd edək ki, Yoahim Löv Almaniya millisində 2004-cü ildən köməkçi-məşqçi, 2006-cı ildən isə baş məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında Bundestim 2014-cü ildə dünya çempionu və 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub./report

Xəbər lenti