Xəzər Xəbər

Basketbol üzrə Azərbaycan çempionatı keçirilməyəcək qərar

İdman | 12:41 • 9 Mart 2021
Basketbol üzrə Azərbaycan çempionatı keçirilməyəcək

Basketbol üzrə Azərbaycan çempionatı keçirilməyəcək. Bu barədə Azərbaycan Basketbol Federasiyası qərar verib. 

Səbəb koronavirus pandemiyası olub.

Qurum komandaların məşq etməsinin mümkün olmadığı dövrdə 2020/21 mövsümünü keçirilməməsini məqsədəuyğun sayıb. Bu, müstəqil Azərbaycan basketbolu tarixində ölkə çempionatının keçirilmədiyi ilk hadisədir. Çünki komanda idman növləri arasında yalnız basketbol çempionatları daim təşkil olunub.

Növbəti mövsümün həmişəki kimi payızda start götürməsi planlaşdırılır. Bu da koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər aradan götürüləcəyi halda reallaşacaq.

Qeyd edək ki, ötən mövsüm koronavirus pandemiyası üzündən XXVII Azərbaycan çempionatı yarımçıq dayandırılmışdı. Yarışda fasiləyə yarananadək lider olan “Zirvə Astara” çempion elan edilib, “Atom” ikinci, “Gəncə” üçüncü yeri tutub.

Xəbər lenti

Çox oxunanlar