Xəzər Xəbər

Argentina mətbuatı yazdı - Messi bu kluba keçir

İdman | 09:21 • 27 Avqust 2020
Argentina mətbuatı yazdı -

İspaniya "Barselona”sının futbolçusu Lionel Messi karyerasını İngiltərənin "Mançester Siti” klubunda davam etdirə bilər.


Bu barədə Argentinanın "Nacion” qəzeti idmançının ətrafındakı mənbəyə istinadən məlumat yayıb.


Qeyd olunub ki, 33 yaşlı hücumçu keçidi rəsmiləşdirmək üçün "Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə danışacaq.


Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona”nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib.

Xəbər lenti

Çox oxunanlar