Xəzər Xəbər

Edin Ceko türk klubunda! İstanbula gələcək

İdman | 11:04 • 28 May 2019
Edin Ceko türk klubunda!

Bu mövsüm Superliqada gözləntiləri qarşılamayan və turniri tərk etmək təhlükəsi ilə qarşılaşan "Fənərbağça” növbəti mövsüm üçün hazırlıqlarını erkəndən başlayıb.

"Sarı-lacivərdlər” dünyaca məşhur hücumçu Edin Cekonu heyətinə qatacaq.

Tərəflər arasında rəsmi görüşlər başlayıb. Ceko menecer Mirsad Türkcan tərəfindən İstanbula gətiriləcək. Futbolçu "Fənərbağça”nın prezidenti Ali Koç ilə axşam saatlarında xüsusi görüş keçirəcək.

Qeyd edək ki, 33 yaşlı bosniyalı Ceko hazırda "Roma” forması geyinir.

Xəbər lenti

Çox oxunanlar