Xəzər Xəbər

FIFA prezidentinin maaşı açıqlandı Şok rəqəm

İdman | 15:06 • 7 Mart 2019
FIFA prezidentinin maaşı açıqlandı

2015-ci ildə ABŞ-da başlayan rüşvət istintaqından sonra iflas olunmaq təhlükəsi ilə üzləşən FIFA 4 ildə maliyyə vəziyyətini böyük ölçüdə yaxşılaşdırıb.


Zepp Blatterdən sonra qurumun prezidenti seçilən Canni İnfantinonun apardığı uğurlu siyasət öz nəticəsini verib. Ali futbol qurumu 4 ildə 2,74 milyard dollar ehtiyat vəsait toplaya bilib. Qurumun gəlirləri 6,4 milyard dolları keçib.


Yeni gəlir mənbələri axtarışında olan FIFA hazırda bir sıra turnirlər üzərində çalışır. Canni İnfantinonun 2019-2022-ci illərdə gəlir mənbələrini 1 milyard 746 milyon dollara çatdırmaq niyyətindədi.


Bu arada Canni İnfantinonun gəliri də açıqlanıb. O, ötən il qurumdan 1,9 milyon dollar maaş alıb. FIFA rəhbəri bundan başqa, 550 min dollar bonus qazanıb. İtaliyalı prezident 2017-ci ildə bonuslardan əlavə 1,61 milyon dollar maaş almışdı.


Qeyd edək ki, Zepp Blatterin 2015-ci ildə maaşı 3 milyon dollar olmuşdu. O, DÇ-2010 dönəmində bonuslarla birlikdə 11, DÇ-2014 dönəmində 12 milyon dollar qazanmışdı.


Fanat.Az

Xəbər lenti