Xəzər Xəbər

ÇL: İngiltərədə erkən finalın ilk dueli

İdman | 14:09 • 19 Fevral 2019
ÇL:

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunları davam edir.

XəzərXəbər xəbər verir ki, bu gün daha 2 görüş keçiriləcək.

Mərkəzi oyun "Enfild Roud"da olacaq. Turnirin qalibi olmağı hədəfləyən "Liverpul"la "Bavariya" arasında ilk duel gerçəkləşəcək. Hər iki komanda oyuna itkilərlə çıxacaq. Xüsusən də, "qırmızılar"da müdafiə xətti ilə bağlı problem var.

Turnirin favoritlərindən olan "Barselona" isə Fransaya səfər edəcək.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

19 fevral

00:00. "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)

Baş hakim: Canluka Rokki (İtaliya)

Liverpul. "Enfild Roud" stadionu

00:00. "Lion" (Fransa) - "Barselona" (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Lion. "Park Olimpik Lion" stadionu

Xəbər lenti

Çox oxunanlar