Xəzər Xəbər

"Parma" İtaliya A Seriyasına qayıtdı

İdman | 11:24 • 19 May 2018
"Parma" İtaliya A Seriyasına qayıtdı

İtaliya A Seriyasına "Empoli"nin ardından yüksələn ikinci komanda müəyyənləşib.

B Seriyasının sonuncu - 42-ci turunda "Parma" səfərdə "Spetsiya"nı 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 72 edib və elitaya yüksəlib.

"Parma" 2015-ci ildə iflas olduğu üçün D Seriyasına göndərilmişdi. Ardıcıl 3 il liqalardan yüksələn komanda növbəti mövsüm A Seriyasında çıxış edəcək.

Xəbər lenti