Xəzər Xəbər

ÇL, yarımfinal: "Bavariya" "Real"ı qəbul edir

İdman | 10:37 • 25 Aprel 2018
ÇL, yarımfinal:

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin daha bir ilk oyunu keçiriləcək.

XəzərXəbər xəbər verir ki, turnirin son qalibi "Real” Almaniyada "Bavariya”nın qonağı olacaq. Bu kollektivlər avrokuboklarda rekord sayda – 25-ci dəfə üz-üzə gələcəklər. Madridlilər ötən mövsüm 1/4 finalda məhz münhenliləri mübarizədən kənarlaşdırıblar.

"Bavariya” Yupp Haynkesin rəhbərliyi altında 3 dəfə ÇL-də çıxış edib və hamısında da finala yüksəlib. "Real” isə Zinəddin Zidanın baş məşqçiliyində ardıcıl 3-cü dəfə yarışın qalibi olmağı hədəfləyib.

2013-cü ildə "Bavariya” ilə ÇL-i qazanan Haynkes, 1998-ci ildə "Real”ın baş məşqçisi qismində də anoloji uğura imza atıb.

Çempionlar Liqası. Yarımfinal, ilk oyun

25 aprel

22:45. "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya)

Baş hakim: Byörn Keypers (Hollandiya)

Qeyd edək ki, digər ilk yarımfinal görüşündə "Liverpul" İngiltərədə "Roma"nı darmadağın edib - 5:2.

Xəbər lenti