Xəzər Xəbər

Pepe Reyna İtaliyada klubunu dəyişdi

İdman | 12:16 • 13 Mart 2018
Pepe Reyna İtaliyada klubunu dəyişdi

"Napoli”nin qapıçısı Pepe Reyna yeni mövsümdən etibarən fərqli komandada çıxış edəcək.

Təcrübəli qolkiper "Milan”a keçəcək. 35 yaşlı qolkiper bu gün tibbi müayinədən keçəcək.

Mövsümün sonunda "Napoli" iləmüqaviləsi başa çatacaq ispaniyalı əlcək sahibi"Milan”a azad agent statusu ilə keçəcək. Bu keçidin reallaşmasından sonra "Milan"ın Canluici Donnarummanı satacağı gözlənilir.

Qeyd edək ki, Reyna 2015-ci ildən "Napoli”də çıxış edir.

Xəbər lenti