Xəzər Xəbər

PSJ-də Neymar şoku

İdman | 14:01 • 26 Fevral 2018
PSJ-də Neymar şoku

Fransa I Liqasının lideri PSJ ciddi itkiylə üzləşib.

Komandanın aparıcı üzvü Neymar sıradan çıxıb. Braziliyalı superulduz çempionatın 27-ci turunda "Marsel"lə matçda zədələnib. Qarşılaşmanın 76-cı dəqiqəsində ayağı burxulan futbolçu göz yaşları içində meydanı tərk edib. Neymarın zədəsiylə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, PSJ "Marsel"i 3:0 hesabıyla məğlub edib və 71 xalla zirvədəkəi mövqeyini möhkəmləndirib. Paris klubu ÇL-də ilk matçda 1:3 hesabıyla uduzduğu "Real"ı martın 6-da qəbul edəcək.

Xəbər lenti