Xəzər Xəbər

Avropa futbolunda ən yaxşı klub rəhbəri seçildi

İdman | 14:31 • 4 Noyabr 2017
Avropa futbolunda ən yaxşı klub rəhbəri seçildi

"Monako”nun vitse-prezidenti Vadim Vasilyev "Football Business Awards”ın versiyasına görə, Avropa futbolunda ən yaxşı klub rəhbəri seçilib.

Xezerxeber.az məlumat verir ki, rusiyalı funksioner Edvin van der Sar ("Ayaks”), Umberto Qandini ("Roma”), Karl-Haynts Rummeniqqe ("Bavariya”) və Florentino Peresi ("Real Madrid”) qabaqlayıb.

"Monako” klubu ötən il Fransa çempionatının qalibi olub və Çempionlar Liqasının yarımfinal mərhələsinədək irəliləyib.

"Tottenhem”in prezidenti Deniel Levi isə İngiltərə Premyer Liqasında ən yaxşı klub rəhbəri seçilib.

Xəbər lenti