Xəzər Xəbər

"Qalatasaray" yeni transferinin dəyərini açıqladı

İdman | 15:52 • 8 Sentyabr 2017
"Qalatasaray" yeni transferinin dəyərini açıqladı
"Qalatasaray" daha bir transferini rəsmən açıqlayıb. İstanbul klubu "Karabükspor"dan Yasmin Latovleviçi heyətinə qatıb.

Klubun rəsmi saytının yaydığı məlumatda bildirilir ki, rumın futbolçuya görə "Karabükspor"a 550 min avro transfer haqqı ödənilib. Yasmin Latovleviçlə 1+1 illik müqavilə imzalanıb. O, 750 min avro maaş alacaq. Bundan başqa ona Super Liqa oyunlarında komandanın qazanacağı hər xala görə 4 min avro mükafat veriləcək. "Qalatasaray" çempion olacağı halda futbolçu bir mövsüm ərzində qazandığı mükafatların 25 faizini də əlavə bonus olaraq alacaq.

Yasmin Latovleviç 2017/18 mövsümündə 18 rəsmi oyunda forma geyinəcəyi halda müqaviləsinin müddəti avtomatik olaraq 1 il artacaq./fanat.az

Xəbər lenti