Xəzər Xəbər

ÇL: “Qarabağ”ın 4 mümkün rəqibi dəqiqləşdi

İdman | 13:22 • 19 İyun 2017
ÇL:

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması olacaq. XəzərXəbər apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə yeni mövsümdən etibarən Avropa səhnəsində yarışacaq komandalar öz rəqiblərini tanıyacaqlar.


Qitəinin ən nüfuzlu klub turnirində ölkəmizi "Qarabağ" təmsil edəcək. Azərbaycan çempionu yarışa ikinci təsnifat mərhələsindən start verəcək. Ağdam klubu səpələnmişlər sırasında yer alacaq.


Çempionumuzun mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.


Səpələnmişlər sırasında yer alacaq "Qarabağ" 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.


"Zəiflər"in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə "Qarabağ"la qarşılaşa bilər.


Çempionlar Liqası


I təsnifat mərhələsi


Səpələnmişlər


TNS (Uels) - 5,775


"Linfild" (Şimali İrlandiya) - 3,650


"Vikinqur" (Farer adaları) - 2,950


"Hibernians" (Malta) - 2,800


"Santa-Koloma" (Andorra) - 2,733


Səpələnməmişlər


"Alaskert" (Ermənistan) - 2,525


"La Fiorita" (San-Marino) - 1,566


"Europa" (Cəbəllütariq) - 1,500


"İnfonet" (Estoniya) - 1,300


"Trepça" (Kosova) - 1,000


II təsnifat mərhələsi


Səpələnmişlər


"Seltik" (Şotlandiya) - 42,785


"Zalsburq" (Avstriya) - 40,570


"Kopenhagen" (Danimarka) - 37,800


"Lüdoqorets" (Bolqarıstan) - 34,175


BATE (Belarus) - 29,475


"Legiya" (Polşa) - 28,450


APOEL (Kipr) - 26,210


"Maribor" (Sloveniya) - 21,125


"Qarabağ" (Azərbaycan) - 18,050


"Malmö" (İsveç) - 16,945


"Astana" (Qazaxıstan) - 16,800


"Partizan" (Serbiya) - 16,075


"Riyeka" (Xorvatiya) - 15,550


"Rusenborq" (Norveç) - 12,665


"Şerif" (Moldova) - 11,150


"Hapoel" (Beyer Şeva, İsrail) - 10,875


"Hafnarfyordur" (İslandiya) - 6,175


Səpələnməmişlər


"Jilina" (Slovakiya) - 5,850


"Jalgiris" (Litva) - 5,825


"Dandalk" (İrlandiya) - 5,815


"Vardar" (Makedoniya) - 5,125


"Dudelanj" (Lüksemburq) - 4,975


"Kukesi" (Albaniya) - 4,550


"Zrinski" (Bosniya və Herseqovina) - 4,050


"Buduçnost" (Monteneqro) - 3,300


"Honved" (Macarıstan) - 2,900


"Mariehamn" (Finlandiya) - 2,030


"Spartak" (Latviya) - 1,975


"Samtredia" (Gürcüstan) - 1,525


I təsnifat mərhələsinin 5 qalibi


Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 27-28 iyun, cavab matçları isə 4-5 iyul tarixlərində baş tutacaq. II təsnifat mərhələsinin matçları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.


Püşkdən bir neçə saat öncə UEFA klubları qruplara bölüb. Bununla, təmsilçimizin mümkün rəqiblərinin sayı azalıb. "Qarabağ" 5 rəqiblə qarşılaşa bilər. Bunlar "Jalgiris", "Düdelanj", "Samtredia", "Buduçnost" və 1 cütün qalibidi.

Xəbər lenti