Xəzər Xəbər

"Qalatasaray" böyük oynayır İki sürpriz transfer

İdman | 18:01 • 26 May 2017
"Qalatasaray" böyük oynayır

"Qalatasaray" transfer siyahısına iki sürpriz futbolçu daxil edib. Klubun futbol direktoru Cenk Ergun Stkoholmda keçrilən Avropa Liqasının "Ayaks" - "Mançester Yunayted" finalını canlı izləyərək ingilis klubunun iki üzvü ilə bağlı danışıqlar aparıb.

İddialara görə, "Qalatasaray" "Mançester Yunayted"dən Eşli Younq və Matteo Darmiana elçi düşüb. İki futbolçu üçün qarşı tərəflə danışıqlar aparan Cenk Ergün təkliflərini səsləndirib. Məlum olub ki, "Qalatasaray" Eşli Younqun transfer hüququnu almaq, Matteo Darmianı icarəyə götürmək istəyir.

Məlumata görə, kiçik problemlər xaricində danışıqlar müsbət keçib. Cenk Ergün g.rüşdən sonra Matteo Darmian?n meneceri Manuel Montipo ilə bir araya gəlib. Futbolçunun meneceri düşünmək üçün bir neçə gün vaxt istəyib.

Qeyd edək ki, "Mançester Yunayted" Eşli Younqu 2011-ci ildə "Aston Villa"dan, Matteo Darmianı 2015-ci ildə "Torino"dan 18 milyon avroya alıb.

Xəbər lenti