Xəzər Xəbər

Güclü sel qaz təsərrüfatına ziyan vurdu

Hadisə | 12:35 • 8 İyul 2021
Güclü sel qaz təsərrüfatına ziyan vurdu

Güclü külək və normadan artıq yağıntının düşməsi Şəmkir rayonunun Seyfəli kəndi, Morul deyilən ərazi, Kiraz yolu, Könüllü kəndində ciddi fəsadlar törədib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, qaz təsərrüfatına xeyli ziyan dəyib. Regiondakı bütün təmir-tikinti qüvvələri hadisə yerinə cəlb edilib. Tezliklə təbii qaz təminatı ilə bağlı çətinliklər aradan qaldırılacaq./report

Xəbər lenti