Xəzər Xəbər

Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb

Hadisə | 15:03 • 15 Aprel 2021
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab rayon sakini Məzahir Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. M.Məmmədovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar