Xəzər Xəbər

Abşeron və Xaçmaz sakinlərindən 20 kq narkotik götürülüb

Hadisə | 14:59 • 3 Aprel 2021
Abşeron və Xaçmaz sakinlərindən 20 kq narkotik götürülüb

Abşeron və Xaçmaz sakinləri narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş N.İsgəndərovun rayon ərazisində kirayədə yaşadığı evə baxış zamanı 3 kiloqram 360,508 qram heroin və 14 kiloqram 758,891 qram marixuana aşkarlanıb.

Abşeron polisi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində isə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş A. Məmmədovun yaşadığı evə baxış zamanı 2 kiloqram 145,6 qram heroin aşkar edilərək götürülüb.

Xəbər lenti