Xəzər Xəbər

Salyan sakini itkin düşüb

Hadisə | 18:39 • 3 Aprel 2021
Salyan sakini itkin düşüb

Salyan şəhər sakini itkin düşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Salyan Rayon Polis Şöbəsi məlumat yayıb.

Bildirilir ki, Salyan şəhər sakini, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu martın 1-i səhər saatlarında evdən çıxaraq Bakıya gedib və bir daha geri qayıtmayıb.

Ötən gün onu Bakının “Torqovı” adlanan ərazisində görənlər olub.

Qeyd edək ki, I Qarabağ müharibəsi şəhidinin qardaşı olan Ə.Xudaverdiyev fiziki məhdudiyyətli və II qrup əlildir.

Onu görənlərdən Salyan Rayon Polis Şöbəsinə və aşağıdakı nömrəyə zəng vurmaları xahiş olunur: 051 768 66 89.

Xəbər lenti