Xəzər Xəbər

Sumqayıtda ev qarət edilib - külli miqdarda pul və qızıl aparılıb

Hadisə | 12:53 • 2 Aprel 2021
Sumqayıtda ev qarət edilib - külli miqdarda pul və qızıl aparılıb

Sumqayıtda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də şəhər ərazisindəki evlərin birindən 12 500 manat pul və 3 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Alıyev saxlanılıb.

Xəbər lenti