Xəzər Xəbər

Bakıda ağır yol qəzası baş verdi - hərəkət məhdudlaşdırıldı YENİLƏNDİ

Heydər Əliyev prospektində qəza olub, yolda sıxlıq yaranıb
Hadisə | 18:31 • 29 Mart 2021
Bakıda ağır yol qəzası baş verdi - hərəkət məhdudlaşdırıldı

Heydər Əliyev prospektində baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti “Koroğlu” m/st-sı istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb. 

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, bu səbəbdən də hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcədə Xətai prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.

***

Bakının Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır yol nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

"Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur", - deyə məlumatda qeyd olunub.

Rubrikanın digər xəbərləri

Lənkaranda ZƏLZƏLƏ
Lənkaranda ZƏLZƏLƏ İLK AÇIQLAMA
17:58 • 11 May 2024
Naxçıvanda 2 tələbə göldə boğularaq
Naxçıvanda 2 tələbə göldə boğularaq ÖLDÜ
12:07 • 10 May 2024
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında ZƏLZƏLƏ
22:31 • 7 May 2024
Azərbaycan və Albaniya arasında viza rejimi
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi
13:15 • 6 May 2024
Gənc oğlan evdə
Gənc oğlan evdə ölü tapılıb
09:20 • 6 May 2024

Xəbər lenti