Xəzər Xəbər

Bakıda məktəbin qarşısında quraşdırılan büst oğurlanıb

Hadisə | 12:04 • 27 Mart 2021
Bakıda məktəbin qarşısında quraşdırılan büst oğurlanıb

Bakıda məktəbin qarşısında quraşdırılan büstü oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə  görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılan 7000 manat dəyərində latun və bürüncdən olan büstü oğurlanmaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər  məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıblar.

Xəbər lenti