Xəzər Xəbər

Xətai rayonunda evdən külli miqdarda qızıl oğurlanıb

Hadisə | 19:01 • 24 Mart 2021
Xətai rayonunda evdən külli miqdarda qızıl oğurlanıb

Paytaxtda oğurluqla məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, martın 15-də Xətai rayonu ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini X.Həşimov Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti