Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb.
Hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərdən birində qeydə alınıb.
Həmin ünvanda yerləşən mənzillərdən birində 5 nəfərin meyiti aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.
İlkin məlumata görə, onlar dəm qazından boğularaq ölüblər./apa