Xəzər Xəbər

Xırdalanda yaşayış binasında yanğın baş verib

İkiotaqlı mənzilin bir otağında ev əşyaları qismən yanıb
Hadisə | 15:48 • 21 Fevral 2021
Xırdalanda yaşayış binasında yanğın baş verib

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 77 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m² sahədə və qapı qismən yanıb.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti