Xəzər Xəbər

ABŞ-da iki əsrlik kilsə külə döndü

Hadisə | 09:00 • 6 Dekabr 2020
ABŞ-da iki əsrlik kilsə külə döndü

ABŞ-ın Nyu-York ştatında boş binada baş verən yanğın 19-cu əsrə aid kilsəyə keçib.

Bu barədə "NBC New York” telekanalı məlumat yayıb.

Yanğın yerli vaxtla 5.00-da başlayıb. Yanğınsöndürənlər yanğın siqnalından 3 dəqiqə sonra hadisə yerinə çatıblar. Yanğınsöndürənlərdən 4 nəfəri yüngül xəsarət alıb. Alov güclü olduğundan kilsəyə ciddi ziyan dəyib.

Rahib Ceki Lyus kilsənin viran qaldığını və yararsız vəziyyətə düşdüyünü bildirib. Yanğın zamanı ölüm faktı qeydə alınmayıb. (apa)

Sevinc

Xəbər lenti