Xəzər Xəbər

Neftçalada 36 yaşlı qadın yol qəzasında xəsarət aldı

Hadisə | 08:57 • 6 Dekabr 2020
Neftçalada 36 yaşlı qadın yol qəzasında xəsarət aldı

Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Beştalı kəndində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində kənd sakini, 1984-cü il təvəllüdlü Cəfərova Zülfiyyə Bayram qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Sevinc 

Xəbər lenti

Çox oxunanlar