Xəzər Xəbər

Goranboyda yük avtomobilində güclü yanğın olub

Hadisə | 10:21 • 21 İyul 2020
Goranboyda yük avtomobilində güclü yanğın olub

Goranboy rayonunun Goran qəsəbəsində "DAF” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 20,5 ton ipək kəndirin 20 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) xezerxeber.az-a bildirilib ki, avtomobil və kəndirlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti