Xəzər Xəbər

DİN DSX-nin polkovnikinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə | 13:59 • 21 İyul 2020
DİN DSX-nin polkovnikinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnikinin ölümü nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.


Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 20-də saat 8 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.


Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Şahin Mirzəyev vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.


Araşdırma aparılır.

Xəbər lenti