Xəzər Xəbər

Bakıda avtomobilin vurduğu piyada ölüb

Hadisə | 13:34 • 15 May 2020
Bakıda avtomobilin vurduğu piyada ölüb

Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun Hövsan qəsəbəsi ərazisində yolu keçən 50-55 yaşlı kişi Bakı şəhər sakini Ş.Qasımlı idarə etdiyi "VAZ-21014” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar