Xəzər Xəbər

"Bakubus" avtobusu səfirlik maşını ilə toqquşub - FOTO

Hadisə | 14:54 • 4 Aprel 2019
"Bakubus" avtobusu səfirlik maşını ilə toqquşub -

"Bakubus" avtobusu qəzaya düşüb.

"Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Məlumata görə, Bakubus avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus "Toyota Prado" markalı 040 D 001 qeydiyyat nişanlıminik avtomobili ilə toqquşub.

Qəza nəticəsində ölən və yaralanan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Qeyd edək ki, bu,"Toyota Prado" markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobilinin ilk qəzası deyil. 2017-ci ildə də həmin avtomobil Yasamal rayonu ərazisində qəzaya düşmüşdü.

Xəbər lenti

Çox oxunanlar