Xəzər Xəbər

BDYPİ-nin qarşısında piyadanı maşın vuraraq öldürüb

Hadisə | 11:45 • 27 Mart 2019
BDYPİ-nin qarşısında piyadanı maşın vuraraq öldürüb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


ONA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qarşısında qeydə alınıb. Tovuz rayon sakini Əli Nuriyev idarə etdiyi "VAZ-2107” markalı maşınla yolu keçən, 1969-cu il təvəllüdlü Malik Cəlilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar