Xəzər Xəbər

Bakıda daha bir hamam faciəsi - Qadının meyiti tapıldı

Hadisə | 14:44 • 29 Noyabr 2018
Bakıda daha bir hamam faciəsi - Qadının meyiti tapıldı

Bakıda qadın dəm qazından boğularaq ölüb.

XəzərXəbər xəbər verir ki, Nizami rayonu Keşlə qəsəbəsi, Y.ASəfərov küçəsində yaşayan 1951-ci il təvəllüdlü Əmirova Aybəniz Qurban qızının yaşadığı mənzilin hamam otağından meyiti tapılıb.

Ailə üzvləri onun hamamdan çıxmadığını görərək qapını açıblar və dəhşətli mənzərə ilə qarşılaşıblar.

Məlum olub ki, A.Əmirova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, havaların soyuması ilə dəm qazından zəhərlənmə və ölüm hallarının sayı artıb.

Xəbər lenti

Çox oxunanlar